Kolleclərin boş qalan yerlərə qəbul ELAN EDİLDİ

Kolleclərin boş qalan yerlərə qəbul ELAN EDİLDİ
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.

Sfera.az-ın məlumatına görə, orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan­larından "məqbul” alan abituriyentlər buraxılırlar. "Xoreoqrafiya sənəti (sahələr üzrə)” ixtisasının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

İxtisas seçimi sentyabrın 29-dan oktyabrın 3-ü saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını //eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kod­larının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir.

Kolleclərin boş qalan plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
Jurnalın elektron versiyasını (pdf formatında DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).

OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...