V sinif Təbiət fənninin tədrisi ilə bağlı təlimlər keçirildi

V sinif Təbiət fənninin tədrisi ilə bağlı təlimlər keçirildi
ARTİ-nin Təhsil işçilərininin peşəkar inkişafı mərkəzi və Tədris resursları şöbəsinin birgə təşkilatçılığı ilə V sinifdə pilot qaydada sınağı nəzərdə tutulan təbiət fənninin tədrisi ilə əlaqədar 23-26 avqust tarixində təlimçilərə təlimlər keçirilib.

Sfera.az xəbər verir ki, təlimin məqsədi təbiət elminin tədrisinin əhəmiyyəti, tədqiqat əsaslı öyrənmə metodikası ilə hazırlanmış yeni dərslik, tədqiqat əsaslı dərsin əsas komponentlərinə dair bilik və bacarıqlar haqqında məlumatlandırmaq, dərslikdəki fizika, biologiya, kimya və coğrafiyaya aid mövzulardan nümunə dərs hazırlamaqla təlimçilərə praktik məşğələlər keçməkdir.

Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən təlimçilər üçün nəzərdə tutulan təlim proqramı 18 akademik saat olub və onlayn formatda təşkil olunub.

Təlimçilər fizika fənnindən Yalçın İslamzadə, biologiya fənnindən Rəşad Səlimov, kimya fənnindən Elmar İmanov, coğrafiyadan isə Mahir Sərkərlidir.

Qeyd edək ki, müəllimlər üçün təlimlərin yaxın həftələrdə keçirilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...