Logo

Təhsil naziri vətəndaşlara müraciət etdi - Kadr bankının yaradılması ilə bağlı

Təhsil naziri vətəndaşlara müraciət etdi - Kadr bankının yaradılması ilə bağlı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici kvalifikasiyaları tanınmış ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu ( www.kadr.taninma.az) istifadəyə verib".

Sfera.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

O bildirib ki, kadr bankının yaradılması bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərilməsi və işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə verilməsi baxımından olduqca əhəmiyyətlidir: "Kadr bankına kvalifikasiyaları tanınmış ərizəçilərin əlavə edilmə prosesi davam edir. Müraciətlərinə müsbət qərar verilmiş vətəndaşlar şəxsi kabinetləri vasitəsilə yeni yaradılan kadr bankına qoşula bilərlər".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR