Məktəb ləvazimatlarına nə qədər pul xərclənəcək? - VİDEO

Təhsil
08:15 / 26.08.2021
1664
Bu il tədris müəssisələrinin ənənəvi təhsilə tam açılıb-açılmayacağı həm məktəbliləri, həm də valideyinləri düşündürür. Lakin məktəblərin açılacağına inanıb alış-verişə başlayanlar da az deyil. Bəs hazırda məktəb ləvazimatları bazarında vəziyyət necədir və qiymətlərdə hansısa dəyişiklik varmı?
Onlar artıq hazırlıqlara başlayıblar. İnanırlar ki, bu il məktəblərdə tədrisin təşkilində hər hansı məhdudiyyət olmayacaq və dərslər ənənəvi qaydada davam edəcək...
Məktəblərin açılacağına dair ümid həm də məktəb ləvazimatları bazarında canlanmaya səbəb olub... Valideyinlər birmənalı olaraq məktəblərin açılmasının tərəfdarıdırlar.
Mağaza müdiri İlkin Rufullayev qiymətlərdə ciddi artımın olmadığını deyir. Onun sözlərinə görə, çantaların qiyməti 14 manatdan 60 manata, dəftərlər 12 qəpikdən 1 manat 20 qəpiyə, kitab və dəftər üzlükləri 15 qəpikdən 40 qəpiyə, sadə qələmlər 10 qəpikdən 30 qəpiyə qədər dəyişir.
Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, uzun müddət sürən durğunluqdan sonra məktəbli formaları üçün müraciətlərə başlanıb. Məktəb formalarının qiymətləri isə əvvəlki illərlə müqayisədə nə artıb, nə də ki, azalıb. 1-6-cı siniflər üçün 26-44 ölçüdə formanın qiyməti 40 manat, 7-11-ci siniflər üçün isə 32-54 ölçülü formalar 46 manatdan satılır. (QRAFİK VAR)
Ümumilikdə, bir şagirdin sentyabrın 15-i məktəbə getməsi üçün minimum 85-90 manat arası vəsait tələb olunur. (xezerxeber.az)