Hansı ixtisası seçək ki, gələcəkdə işsiz qalmayaq? - VİDEO
4 il təhsil aldıqdan sonra "ixtisasım üzrə iş tapa bilmirəm" cümləsini deyənlər az deyil.
Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün edilən müraciətlər davam edir. Abituriyentlər bəziləri ixtisasların daha da təkimilləşməsinə ehtiyac olduğunu, bəziləri də müəyyən ixtisasların əhəmiyyətsiz olduğunu düşünürlər.
Sfera.az xəbər verir ki, təhsil eksperti Səbuhi Abdullayevin sözlərinə görə, kitabxanaçılıq və informasiya ixtisası rəqəmsal və informasiya texnologiyası ixtisası adı altında yenilənməlidir. Artıq kitablar elektron daşıyıcılarda təqdim olunur. "Layihələrin idarə olunması", "Data analitikası" kimi ixtisasların yaranmasına və inkişafına ehtiyac var.
Səbuhi Abdullayev abituriyentlərə həmçinin seçdikləri ixtisas üzrə əvvəlki ilin məzunlarının iş imkanlarını araşdırmağı da tövsiyə edib.
(Xezerxeber.az)






