Logo

İbtidai sinif müəllimi olmaq istəyənlərin nəzərinə

İbtidai sinif müəllimi olmaq istəyənlərin nəzərinə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 4-də 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif fənni üzrə təkrar test imtahanı təşkil olunacaq.

Bu barədə Sfera.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, imtahanla bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. İbtidai sinif fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat iyulun 28-30-da keçirilib.

Xatırladaq ki, 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test imtahanı mərhələsinə iyulun 5-də start verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR