Peşə təhsili sahəsində hansı problemlər var?

Peşə təhsili sahəsində hansı problemlər var?
"Azərbaycanda peşə təhsili bir növ dalan rolunu oynayırdı. İnsanlar peşə təhsili alırdılar, amma heç bir yerdə işlə təmin oluna bilmirdilər. İndi isə vəziyyət dəyişib. Yüksək peşə ixtisas təhsilinə başlamışıq. Onlar öz ixtisaslarına uyğun olaraq imtahan vermədən universitetə qəbul ola biləcəklər”.

Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir hesab edir ki, bununla da peşə təhsilə maraq artacaq: "Son illər ölkədə peşə təhsilinə marağın artdığının şahidi oluruq. Belə ki, son ildə peşə təhsilinə 30 % məzun gəlmək istəyib. Vacib məsələ peşə məktəbini bitirən şəxsin sonradan iş yeri tapmasıdır. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 42 məzunu iş tapa bilib. Deyərdim ki, bu rəqəm bəzi ali məktəblərin göstəricisindən daha yaxşıdır”.

E.Əmrullayev bildirib ki, məzunların işlə təminatında peşə təhsili böyük potensiala malikdir: "Lənkəran və Bakıda iki yeni peşə təhsil müəssisəsinin təməli qoyulub. Bu il Sumqayıtda peşə məktəbinin planlaşdırılmasını həyata keçirəcəyik. Bir çox bölgələrdə peşə təhsil müəssisəsi yoxdur. Peşə təmayüllü siniflərə başladıq. Bu gün üçün 35 məktəbdə peşə təmayüllü sinfin məzunu var. Növbəti il bu sayın 60-a qaldırılması planlaşdırılır”.


OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...