N. Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə "Yay məktəbi" - VİDEO

N. Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə
Artıq bir neçə gündür ki, orta məktəblərdə "Yay məktəbləri” təşkil olunur. Burada şagirdlər öyrəndikləri bilik və bacarıqlarını bir daha artırmaq, yeni biliklərə yiyələnmək şansı qazanır.

Sfera.az xəbər verir ki, Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbində də "Yay məktəbi" təşkil edilib. Burada şagirdlərin vaxtlarını səmərəli keçirilməsi üçün bütün şərait yaradılıb.

Yay məktəblərində şagirdlər həm öyrənir, həm də əylənirlər. Onlar üçün "Yay məktəbi”ni daha yaddaqalan etmək üçün oyun xarakterli müxtəlif yarışlar keçirilir. Öz bacarıqlarını nümaiş etdirmək üçün onlar üçün imkan yaradılıb.

Müəllimlər tərəfindən "Yay məktəbi”ndə açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər də həyata keçirilib. Bu dərslərdə şagirdlər öz intellektlərini, zəkalarını da artırırlar.

Açıq havada keçirilən dərslər zamanı şagirdlər nəinki intellektual biliklərini artırırlar, həm də sağlamlıqlarının qeydinə qalırlar. Məktəbdə müxtəlif idman oyunları da təşkil edilir.

"Yay məktəbi”ndə təkcə bilikləri artırmırlar, həmçinin idmanla, rəsimlə, əmək təlimi ilə, şahmat ilə, rəqslə də məşğul olurlar.
 


OXŞAR XƏBƏRLƏR