Slavyan Universitetinin gələcək taleyi necə olmalıdır? – Kamran Əsədovdan açıqlama

Slavyan Universitetinin gələcək taleyi necə olmalıdır? – Kamran Əsədovdan açıqlama
"Slavyan Universitetində bəzi ixtisasları ixtisar etməliyik. Digər tərəfdən, bu universitet özəl tədris müəssisəsi kimi fəaliyyət göstərməlidir”
 
Bu sözləri Sfera.az-a açıqlamasında sosial şəbəkələrdə səslənən Slavyan Universitetinin Dillər Universitetinə birləşdirilməsi təklifinə münasibət bildirərkən, təhsil eksperti Kamran Əsədov deyib.
 
Ekspert hesab edir ki, belə birləşdirmələrlə təhsildə keyfiyyət dəyişikliyinə nail ola bilməyəcəyik, odur ki, birləşmədənsə bəzi ixtisaslar ləğv edilməlidir: "Bu gün Slavyan Universitetində tədris edilən elə ixtisaslar var ki, onların bağlanması vacibdir. Bu universitet sadəcə rusdilli kontingent üçün və slavyan ölkələrində çalışmaq üçün diplomatik kadrlar hazırlamalıdır. Amma burada azərbaycan dili və ədəbiyyatı, ingilis dili, fransız dili ixtisasları da tədris edilir, bunlar olmamalıdır. Bu ixtisaslar üzrə Bakı Dövlət Universitetilə Pedoqoji Universitet kadr hazırlayır”.

K. Əsədov qeyd etdi ki, təklif edilən birləşmə idarəetmə baxımından mobillik, çeviklik yaradacaq. Buna baxmayaraq, keyfiyyət göstəricisinin əldə edilməsi mümkün olmayacaq. 
 
Həmsöhbətimiz sözügedən universitetin bağlanmasındansa, publik hüquqi şəxs qismində özəl universitetə çevrilməsinin tərəfdarıdır: "Universitetlər özləri özlərini maliyyələşdirməli, dövlət büdcəsindən asılı qalmamalıdır.  Dövlət büdcəsindən maliyyə almaqla heç bir halda keyfiyyət təmin edilməyəcək”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA -FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...

Bakının bu əraziləri yenidən qurulacaq

"Papanin", “Kubinka” və digər ərazilərdə yenidənqurma işləri görüləcək.   Sfera.az xəbər verir ki, bu barədə memar Cahid Həsəno...