Tədris digər dillərdə aparılan I siniflərə məktəb seçiminə başlanıldı
Kateqoriya məlum deyil
İyunun 24-ü saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçən uşaqlar üçün məktəb seçimi mərhələsi aktiv ediləcək.
Bu barədə Sfera.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Valideynlər (qanuni nümayəndə) portalında "Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçən övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.






