Abituriyentlərin nəzərinə - qabiliyyət imtahanları bu tarixdə keçiriləcək

Təhsil
18:38 / 14.06.2021
2281
16 iyundan etibarən bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanları keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Məlumata görə, məşqçilik (61) və fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (62) komissiyaları üzrə qabiliyyət imtahanına gələcək hər bir abituriyent komissiyaya sağlamlıq haqqında arayış təqdim etməlidir (Forma-86).
İmtahana gələrkən idman forması gətirməyən abituriyentlər qabiliyyət imtahanlarına buraxılmırlar.