Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı

Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı 9 iyun saat 13:00-dək uzadılır.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 8 iyun saat 17:00-a olan məlumata əsasən ümumilikdə 84287 abituriyent (o cümlədən I-IV ixtisas qrupları üzrə 70158 nəfər) ərizəsini təsdiq edib.

1860 nəfər ərizəsini doldurub onu təsdiq etmək imkanına malik olsa da, elektron ərizəsini hələ də təsdiq etməyib. Həmin abituriyentlər, həmçinin sənəd qəbulunuda iştirak etmək istəyən digər abituriyentlər 9 iyun saat 13:00-dək öz ərizələrini təsdiq edə bilərlər.

Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlərin böyük əksəriyyəti ərizələrini özləri təsdiq edirlər.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər onu doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini 9 iyun saat 13:00-dək SQK-ların birində təsdiq etdirməlidirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız ərizəsini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...