Qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadıldı

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən məlumata görə, hazırda Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:
- cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;
- müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki illərin məzunları;
Qeyd olunan abituriyentlər günün sonunadək verilən link (
Qabiliyyət imtahanları üzrə qeydiyyat ikinci dəfə də aparılacaq. Qeydiyyat tarixləri əvvəlki illərin məzunları üçün təşkil olunacaq qəbul imtahanının I mərhələsi keçirildikdən sonra elan olunacaq. İkinci qeydiyyat müddətində aşağıdakı abituriyentlər qeydiyyatdan keçə biləcəklər:
- qəbul imtahanının I mərhələsini verən əvvəlki illərin məzunları;
- subbakalavrlar;
- II cəhd Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;
- qabiliyyət imtahanları üzrə birinci qeydiyyatdan keçmədiyi QİK üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər.