Bakı Şəhər Təhsil İdarəsi vətəndaş qəbulunu dayandırdı - Avqustun 1-dək...
İdarədən Sfera.az-a verilən məlumata görə, qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq.
Vətəndaşlar, həmçinin idarənin rəsmi , elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.
Rəsmi məlumatları BŞTİ-nin internet saytı ( ) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
Qeyd edək ki, BŞTİ tərəfindən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçirilir. Videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında BŞTİ-nin Telefon Məlumat Mərkəzinə ((012) 599-12-22) zəng etməklə və ya İdarənin saytındakı müvafiq bölməyə ( ) daxil olmaqla məlumat ala bilərlər.






