DİM-dən magistratura ilə bağlı müraciət

DİM-dən magistratura ilə bağlı müraciət
Dövlət İmtahan Mərkəzindən (DİM) magistraturanın xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbulla bağlı müraciət edib.

DİM-dən Sfera.az-a verilən məlumata görə, müraciətdə deyilir: "Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına (68, 69 və 70 saylı proqramlar üzrə) qəbul olmaq istəyən bakalavrlar "Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Xxüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar DİM-in internet saytına daxil olaraq "Bakalavrın qabiliyyət imtahanınan buraxılış vərəqəsi”ni çap edib götürməli və vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər. Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:

- Şəxsiyyətini təsdiq edən sənədi;

- "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

- Sağlamlıq haqqında bəyannaməni (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- Musiqi sənəti istiqamətinin ixtisaslaşmalarını seçənlər, həmçinin musiqi ixtisaslaşmaları üzrə doldurulmuş proqram formasını.

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür".

OXŞAR XƏBƏRLƏR

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...