Logo

Rüfət Əzizov "Science" kitabının müəllifləri ilə görüşdü

Rüfət Əzizov "Science" kitabının müəllifləri ilə görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Təbiət (Science) kitabını yazan gənclərlə görüşüb.

Sfera.az xəbər verir ki, bu barədə R.Əzizov özü məlumat verib.

O yeni nəsil müəllifləri ilə görüşdən böyük enerji və motivasiya aldığını deyib:"İlk dəfədir müxtəlif fənlərin inteqrasiyası (fizika, kimya, biologiya, coğrafiya) ilə dərslik yazılır. Bir dərslik üzərində 12 müəllif işləyir. Belə bir iş sistemli düşüncə, komanda işi, əməkdaşlıq və peşəkarlıq tələb edir. Müəlliflərimiz Sinqapurun Alston nəşriyyat evinin təlimlərində iştirak edirlər və onların mütəxəsisləri ilə məsləhətləşmələr aparırlar”.

Qurum rəsmisi həmçinin bildirib ki, qazanılmış təcrübə həm digər dərsliklərin məzmununun yenilənməsində, həm də ölkədə yeni vizyona sahib müəlliflərin inkişafında əhəmiyyətli rol oynayacaq.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR