Magistraturaya təkrar imtahan üçün qeydiyyat başlayır

Magistraturaya təkrar imtahan üçün qeydiyyat başlayır
Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edir.

DİM-dən Sfera.az-a verilən məlumata görə, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı aprelin 30-dan mayın 8-dək internet vasitəsi ilə aparılır.

2021-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə "Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (50 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə ( //eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində " Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə  epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da  //eservices.dim.gov.az/erizemag/erize2 səhifəsinə daxil olub "Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.

Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında "Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Digər bakalavrlar həmin müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Magistraturaya qəbul imtahanının ikinci cəhdi 2021-ci il mayın 26-da (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər) keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Qəbul imtahanındakı, bəzi ixtisaslaşmalar üçün həmçinin qabiliyyət imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunan müddətdə aparılır. İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl "Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).

İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən  müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.


OXŞAR XƏBƏRLƏR

İnsanlardan çox qütb ayılarının yaşadığı bu adada yaşamaq mümkündürmü?

7 mart 2025-ci ildə dərc edilən Prezident fərmanı ilə Türkiyə Şpitsbergen (Svalbard) müqaviləsini rəsmi olaraq qüvvəyə mindirib. Bu müqavilə Türkiyə vətəndaşlar...

Məşhur televiziya şousu ulduzunun həyat yoldaşı onu sifarişlə öldürmək istəyib

"Ghost Adventures" realiti-şousunun ulduzu Aaron Qudvinin həyat yoldaşı, 32 yaşlı Viktoriya ərini öldürməyi planlaşdırdığı üçün həbs edilib. Bu barədə...

Millimiz məğlub oldu

Azərbaycanın futzal millisi AÇ-2026-nın əsas mərhələsində səfərdə Yunanıstana məğlub olub.   Sfera.az xəbər verir ki, Afinadakı “DAİS Sports Ha...

Zelenski: Ukrayna birtərəfli qaydada atəşi dayandırmayacaq

Əgər Rusiya tərəfi də müvafiq addımı atsa, Ukrayna cəbhə xətti boyunca 30 gün ərzində atəşi dayandıracaq.   Sfera.az bildirir xəbər verir ki, bu barə...

Dağ Gəzintisi zamanı həyatını itirmişdi: “Mango” qurucusunun istintaqı yenidən açıldı

Türkiyədə doğulan, 14 yaşında ailəsi ilə birlikdə İspaniyaya köçən və tekstil nəhəngi “Mango” nun qurucularından İsak Andiç Ermay ötən ilin dekabrın...

Qadın güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.   Sfera.a...