Təhsil naziri koronavirusdan vəfat edən direktordan yazdı
Sfera.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyevin vəfatı ilə bağlı bildirib.
"Regionlarda şagirdlərin qiymətləndirilməsi, fənn olimpiadalarının keçirilməsi, məktəb monitorinqləri, müəllimlərin işə qəbulu imtahanlarında sualların tərtib edilməsi, ixtisasartırma təlimlərinin nəticələrinin qiymətləndirilməsi, liseylərə keçirilən qəbul imtahanları və s. sahələrdə əldə edilmiş uğurlarda Namiq müəllimin xidmətləri böyükdür. Şamaxı rayonunda fəaliyyəti qısamüddətli olmasına baxmayaraq müsbət təsirləri xüsusi qeyd edilməlidir. Sonuncu iclasımızda metodik xidmətin təkmilləşdirilməsinə dair müfəssəl layihə təqdim etmişdi. İndi bizimlə birlikdə olmasa da, bu ideyaların reallaşmasına nail olacağımıza inanıram.
Ailəsinə və yaxınlarına səbr diləyirəm.
Allah rəhmət eləsin!”, - deyə nazir qeyd edib.
Xatırladaq ki, Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyev bu gün koronavirusdan vəfat edib.






