Azərbaycanda daha üç məktəb distant təhsilə keçdi

Azərbaycanda daha üç məktəb distant təhsilə keçdi
Ağdaş rayonunda daha üç orta məktəb distant təhsilə keçib.

Sfera.az  xəbər verir ki, Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 saylı, Pərviz Babayev adına 7 saylı tam orta məktəb və ən böyük təhsil müəssisəsi olan Maqsud Şeyxzadə adına təbiət təmayüllü humanitar gimnaziyada müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən aprelindən 24-dən etibarən Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin tədris ocaqlarında dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.

Artıq məktəb rəhbəliyi şagird və valideynləri xəbərdar edib. Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məktəblərin girişi və bütün otaqları, idman zalları dezinfeksiya edilib.

Qeyd edək ki, 2020-2021 ci tədris ilində Ağdaş rayonu üzrə təhsil müəssisələrində bu günə kimi 60-a yaxın şagirddə və 30-dan çox müəllimdə COVID-19 virusu aşkarlanıb.
 
(report)

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...