Logo

DİM abituriyentlərə müraciət etdi: Sənədləri hazır saxlayın

DİM abituriyentlərə müraciət etdi: Sənədləri hazır saxlayın
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) yaxın vaxtlarda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu və imtahanlara start verəcək.

Sfera.az xəbər verir ki, DİM bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edib.

Qeyd olunub ki, bu günədək keçirilən buraxılış imtahanlarında iştirakçılar arasında xeyli müddət əvvəl şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şagirdlər olub: "Bu ilin yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu və imtahanlarda iştirak etmək üçün müvafiq qurumlara müraciət edərək öz sənədlərini yeniləməlidirlər".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR