Nazir tədris planlarından danışdı: \"50 ildən çoxdur ki, dəyişmir...\"

Nazir tədris planlarından danışdı: \
"Azərbaycanda təhsil sahəsi bütün dünyada olduğu kimi, ən ağrılı dəyişikliklərlə gedən, ən böyük müqavimətlərlə üzləşən islahatlarla zəngindir".

Sfera.az xəbər verir ki, bunu Təhsil İdarəçiliyi Beynəlxalq konfransında çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, təhsil idarəedicilərinin ən böyük problemlərindən biri bunu ictimaiyyətlə düzgün kommunikasiya aparıb izah etməkdir:

"Təhsil islahatı, xüsusilə də fundamental islahatlar kifayət qədər ağrılı prosesdir. Bu prosesi bir yerdə başa düşüb, addımbaaadım düzəltməliyik. Ölkədə təhsilin məzmunu ilə bağlı ən böyük problemlərimizdən biri budur ki, Azərbaycanın tədris planları 70-ci, bəlkə də ondan əvvəlki illərə aiddir. Azərbaycan tədris planlarında dəyişiklik yalnız texnikidir, məsələn, bir fənni bir saat azaldıb, bir saat artırmışıq və yalnız bir yeni fənn əlavə etmişik – informatika fənnini. Azərbaycanda tədris planlarının 80-90 faizi 50 ildən çoxdur ki, dəyişmir. Yəni, faktiki olaraq, mən, övladım və valideynlərim eyni tədris planları ilə təhsil almalıyıq. Bu, ümumilikdə yaxşı xəbər deyil".

Nazir qeyd edib ki, bu, təhsil sistemimizin kifayət qədər ciddi həll olunası problemlərinin olduğunu göstərir: "Tədris planları və məzmununun əsaslı şəkildə dəyişikliklərə ehtiyacı var. Bu dəyişikliklərin ortasında müqəddəsləşdirdiyimiz fənlərdən nəhayət ki, məzmun və səriştəyə əsaslanan dərsə keçidimizi zaman-zaman müzakirə edirik. Amma təbii ki, bu müzakirələrdən əməli fəaliyyətə keçiddə istər ictimaiyyət, istər məktəblər, istərsə də müəllimlərlə əsaslı müqavimətlə üz-üzə qalırıq.

Çox sadə sual düşünməliyik ki, ayrı-ayrı fənlər səriştələrin formalaşmasına necə xidmət edir. Bunların hər birinin ölçülə bilən formata gəlməsi, düşünürəm ki, mümkündür. Biz sinfə girib triqonometrik bərabərsizliyi keçəndə sinfin 90 faizi bunu başa düşməyəndə bu, nə Azərbaycan təhsili, nə Azərbaycan vətəndaşı, nə təhsilalanı üçün əlavə dəyər yaratmır. Bu, tədris, məzmun baxımından olduqca vacibdir".

OXŞAR XƏBƏRLƏR

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...