Logo

Bu təhsil müəssisəsi də karantinə bağlandı

Bu təhsil müəssisəsi də karantinə bağlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində müəllim və tələbə heyəti arasından 9 nəfər şəxsin COVID-19 testi pozitiv çıxması səbəbindən Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 13 aprel tarixindən etibarən Mərkəzdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Sfera.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı tələbələrin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitarepidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR