Reyhan ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul oldu

Təhsil
11:54 / 08.04.2021
1790
Dünyanın ən məşhur dərgilərindən olan "Forbes” jurnalının yaşı 30-dan aşağı olan 30 ən istedadlı ixtiraçı və innovatorlar siyahısına daxil edilən azərbaycanlı Reyhan Camalova ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olunub.
Sfera.az xəbər verir ki, bu barədə gənc ixtiraçı öz feysbuk səhifəsində yazıb.
Onun qəbul olduğu universitetlər arasında Stanford, Pensilvaniya, Dyuk və digər universitetlər var:
1. Stanford Universiteti
2. Pensilvaniya Universiteti - Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi qəbul alıb.
3. Dyuk Universiteti (Tam - illik 85,903 dollar təqaüdlə) - Martın ortasında erkən qəbul (likely letter) alıb.
4. Braun Universiteti (Tam - illik 85,574 dollar təqaüdlə)
5. Amherst Kolleci (Tam - illik 84,168 dollar təqaüdlə)- Martın 5-də erkən qəbul (early write) alan 200 şagirddən biri olub.
6. Toronto Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences).
7. Toronto Universiteti Scarborough Filialı, Co-op Menecment (Co-op Management BBA).
Qeyd edək ki, Reyhan Camalova "ClimateLaunchpad Azerbaijan” proqramının məzunudur. O, 2017-ci ildə, 15 yaşında yağışdan elektrik enerjisi əldə edən "Rainergy” qurğusunu ixtira edib.