Universitetlərdə vaksinasiya necə gedir? - Statistika

Təhsil
23:57 / 05.04.2021
2490
31 mart tarixinə olan göstəricilərə əsasən, ali təhsil müəssisələri arasında ilk olaraq ADA Universitetinin 50 yaşdan yuxarı pedaqoji və texniki heyətinin vaksinasiya prosesi artıq yekunlaşıb.
Sfera.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, Sumqayıt Dövlət Universiteti (98.2 %), Azərbaycan Universiteti (93.7 %), Bakı Avrasiya Universiteti (91.6 %), Bakı Ali Neft Məktəbi (87.7 %) və Mingəçevir Dövlət Universitetinin (87 %) heyəti də vaksinasiya prosesini yekunlaşdırmaq üzrədir.
"Təhsil Nazirliyi olaraq bu ali təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edirik. Öyrənmə prosesinin davamlılığını təmin etmək və təhsil müəssisələrinin ənənəvi fəaliyyətini bərpa etmək üçün vaksinasiya əsas şərtdir", - deyə nazir qeyd edib.