Logo

Bakıda koronavirusa görə bağlanan daha bir məktəb açıldı

Bakıda koronavirusa görə bağlanan daha bir məktəb açıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda koronavirus infeksiyasına yoluxma halının aşkarlandığına görə fəaliyyətini distant təhsillə davam etdirən 246 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub.

Sfera.az xəbər verir ki, təhsil müəssisəsinin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) rəyi əsasında müəyyənləşdirilən karantin müddəti bu gündən başa çatıb.

Xatırladaq ki, martın 16-da 246 nömrəli məktəb-liseydə çalışan 7 müəllimin COVID-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu səbəbdən GEM-in rəyi əsasında məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR