Bu şagirdlər əyani tədrisə cəlb ediləcək

Bu şagirdlər əyani tədrisə cəlb ediləcək
Oktyabrın 19-dan X-XI sinif şagirdləri sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, bu növbəti müddətdə COVID-19 pandemiyasının yayılması ilə bağlı məlumatlar təhlil olunaraq tədris prosesinin gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Nazirlik tərəfindən ümumi təhsil müəssisələrində COVID-19 yoluxmalarının monitorinqi gündəlik əsasda aparılır və müvafiq qurumların məlumatları əsasında bu günə qədər ölkə üzrə 55 sinif və 30 təhsil müəssisəsi distant tədrisə keçirilib.

Qeyd edək ki, "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, 15 oktyabr tarixindən etibarən ümumi təhsilin tam orta təhsil səviyyəsi (X – XI siniflər) üzrə şagirdlərin əyani formada tədrisə başlaması nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...

Prezidenti Xankəndidə Sultan Əhməd Əl-Cabiri qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl...