Logo

Millət vəkili Şahin Seyidzadə Sabah qrupu məzunlarının uğurlarından yazdı

Millət vəkili Şahin Seyidzadə Sabah qrupu məzunlarının uğurlarından yazdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Afərin! Bu il müəllimlərin işə qəbulu (MIQ) üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edən 2020-ci il üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları məzunlarının 84.96%-i, 2017-2019-ci illər üzrə isə məzunların 94%-i keçid balını toplamışdır".
Sfera.az xəbər verir ki, bu haqda millət vəkili Şahin Seyidzadə məlumat verib.

"2020-ci ilin 14 avqust - 8 sentyabr tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. İmtahanda iştirak edən məzunların 84.96 %-i keçid balını toplamışdır və ümumən məzunların orta balı 42.5-dir. Tədris edəcəyi fənlər üzrə yüksək nəticələr göstərən SABAH qruplarının bu ilki məzunları aşağıdakılardır

Kimya fənni üzrə – Fidan Qasımova, 58 bal

Riyaziyyat fənni üzrə – Günel Ələsgərli və Ülkər Sabirzadə, 58 bal

Azərbaycan dili və ədəbiyyatı fənni üzrə – Rüfanə Nəsirova, 56 bal

İbtidai sinif üzrə – Çərkəz Kərimova, 56 bal

İngilis dili fənni üzrə – Ləman Şükürlü, 53 bal

Tarix fənni üzrə – Nərmin Osmanlı, 52 bal

Fizika fənni üzrə – Zeynəb Quliyeva, 47 bal

İnformatika fənni üzrə – Nübar Bağırlı, 44 bal

Coğrafiya fənni üzrə – Ayişə Şamuradova, 44 bal

Biologiya fənni üzrə – Afaq Baxşalıyeva, Aygün Dadaşzadə və Nərmin Mədətova, 37 bal

Qeyd: Fənn üzrə toplanmış ballar 60 ballıq sistemə əsasən göstərilib.

MİQ müsabiqəsinin növbəti mərhələsində iştirak edən bütün məzunlarımıza uğurlar arzu edirik!”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR