Logo

Təhsil Nazirliyi dərsliklərin şagirdlərə paylanılması qaydasını AÇIQLADI

Təhsil Nazirliyi dərsliklərin şagirdlərə paylanılması qaydasını AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "Şagirdlər və ya onların valideynləri (digər qanuni nümayəndələri) məktəblərə dəvət edilməli və bütün siniflər üzrə dərsliklərin sentyabrın 4-dək şagirdlərə çatdırılması təmin olunmalıdır".

Sfera.az xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, bütün rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ərazi maliyyə hesablaşma mərkəzlərinə ünvanladığı məktubda qeyd edilib.

Məktubda bildirilib ki, dərsliklərin qəbulu və şagirdlərə paylanması xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq müəyyən edilmiş növbəli qrafik üzrə və sanitar-epidemioloji qaydalara ciddi riayət edilməklə (sosial məsafənin gözlənilməsi, kitabları təhvil verən və qəbul edən şəxslərin tibbi maskadan və əlcəklərdən istifadə etməsi, otaqları mütəmadi havalandırılması və s.) həyata keçirilməlidir. (apa.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR