Təhsillə bağlı yeni qayda TƏSDİQ EDİLDİ

Təhsillə bağlı yeni qayda TƏSDİQ EDİLDİ
 COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Təhsil Nazirliyinin Kollegiyasının 21.05.2020-ci il tarixli qərarı ilə "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib.

Sfera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, qaydaya əsasən şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilib:

"Hər hansı fənn üzrə illik qiyməti ilə razılaşmayan V-VIII və X sinif şagirdlərinə ümumi təhsil müəssisəsinə yenidən məktəbdaxili qiymətləndirmənin təşkili ilə bağlı müraciət etmək imkanı yaradılıb.
Əldə olunan ilkin məlumatlara əsasən 20 minə yaxın şagird bu hüququndan istifadə etmək üçün müraciət edib.

Ölkə ərazisində 31 avqust 2020-ci il tarixədək xüsusi karantin rejiminin tətbiq olunduğunu nəzərə alaraq, illik qiyməti ilə razılaşmayan və ya biliyi qiymətləndirməyən şagirdlərin biliyinin yenidən qiymətləndirilməsi prosesinin 21-31 avqust 2020-ci il tarixləri arasında aşağıdakı iki formadan biri və ya hər ikisi seçilməklə həyata keçirilməsi tövsiyə olunur:

1. Microsoft Teams platformasında onlayn şəkildə;
2. Məktəblərdə açıq hava şəraitində.

Açıq hava şəraitində qiymətləndirmə "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”in (əlavə olunur) tələbləri gözlənilməklə həyata keçirilir.

Qiymətləndirmənin təşkili formasının müəyyənləşdirilməsi üçün məktəb rəhbərliyi tərəfindən məktəbin maddi-tədris bazası, texniki təminatı və şagird-müəllim heyətinin internet resurslarına çıxış imkanları araşdırılmalı, araşdırma nəticəsinə əsasən, qiymətləndirmə formasının keçirilməsiə dair qərar qəbul edilməli və bu barədə müəllimlərə, valideyn və şagirdlərə məlumat verilməlidir.

Əlavə olaraq bildiririk ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən tənzimlənir".

OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...