Logo

Azərbaycan məktəbliləri biologiya üzrə olimpiadada bir qızıl, üç gümüş medal qazanıblar

Azərbaycan məktəbliləri biologiya üzrə olimpiadada bir qızıl, üç gümüş medal qazanıblar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan məktəbliləri pandemiya səbəbi ilə onlayn rejimdə keçirilən 31-ci IBO Challenge 2020 Beynəlxalq biologiya olimpiadasında uğurla iştirak ediblər.

Sfera.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, müsabiqənin nəticələrinə görə Sumqayıt şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mətin Muradlı qızıl medal, kimya və biologiya təmayüllü liseyin 10-cu sinif şagirdləri Asiman Ziyadinov və Sadiyar Qafarov, eləcə də Bakıdakı 102 nömrəli məktəbin 10-cu sinf şagirdi Ranal Qurbanov gümüş medallar qazanıblar.

Ümumiyyətlə, bu olimpiadada 1994-cü ildən bəri Azərbaycan məktəbliləri üç qızıl, doqquz gümüş və 12 bürünc medal qazandılar.

Qeyd edək ki, 7-12 avqustda keçirilən IBO Challenge 2020-də 52 ölkədən 200 məktəbli iştirak edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR