Yeni tədris ilinə hazırlıq işləri barədə RƏSMİ AÇIQLAMA

Təhsil
17:40 / 20.08.2020
9044
Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev Bakı və regionlarda yerləşən özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib.
Təhsil Nazirliyindən Sfera.az-a bildirilib ki, görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.
Görüş zamanı çıxış edən özəl təhsil müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.