Müəllimlər üçün çox vacib kitab çapdan çıxdı

Müəllimlər üçün çox vacib kitab çapdan çıxdı
 Jurnalist Böyükağa Mikayıllının "Yanuş Korçak” haqqında kitabı nəşr olunub.
 
Sfera.az xəbər verir ki, kitab müəllimlər, valideynlər, təhsil, pedaqogika sahəsinin tədqiqatçıları üçün maraqlı fikirlər, tövsiyələr, tarixi faktlarla zəngindir. Jurnalist Böyükağa Mikayıllının yəhudi əsilli dahi polyak pedaqoqu Yanuş Korçakın həyat və fəaliyyətinə həsr olunmuş "Yanuş Korçak” adlı kitabı nəşr olunub. Müəllif Yanuş Korçakın həyatı ilə yanaşı, pedaqoji, bədii əsərlərini, publisistik, tibbi məzmunlu məqalələrini, eləcə də onun 30 il çalışdığı, özünəməxsus təlim-tərbiyə mühiti qurduğu «Yetimlər evi»ni təhlilə cəlb edir, Yanuş Korçakın kimsəsiz uşaqların təhsili, yaşayışı, həyata adaptasiya olunmaları yolunda fədakarlığını qələmə alır. Oxucu əsərdə Yanuş Korçakın uşaqlıq illərindən tutmuş, ömrünün sonuna qədər keçdiyi keşməkeşli həyat yolunu izləmək imkanı əldə edir, əsl müəllim, tərbiyəçi, həkim obrazı ilə qarşı-qarşıya dayanır. Yanuş Korçakın iki dünya müharibəsi, qlobal pandemiyalar, aclıqlar, lokal münaqişələr dövründə öz şəxsi həyatını unudaraq, uşaqların gələcəyi naminə çalışması, yaratdığı elmi-pedaqoji konsepsiya, tərbiyə nəzəriyyəsi müəllif tərəfindən tədqiq olunaraq oxucuya təqdim edilir. Əsərdə Yanuş Korçak uşaqların yaxın dostu, sirdaşı, xilaskarı kimi göstərilir, eyni zamanda, dahi pedaqoqun ayrı-ayrı əsərlərindən aforizmə çevrilmiş fikirlərinə də yer verilir. Görkəmli şəxsiyyətlərin, elm, sənət adamlarının, həmçinin yetirmələrinin Yanuş Korçak haqqında ayrı-ayrı zamanlarda səsləndirdikləri ifadələr maraq doğurur. Qeyd edək ki, dahi pedaqoq Yanuş Korçak faşistlər tərəfindən "Yetimlər evi”nin uşaqları ilə birlikdə 1942-ci il avqust ayının 5-də Polşanın Treblinka rayonunda qaz kamerasında qətlə yetirilib. Onun bir neçə dəfə almanların yaratdıqları həbs düşərgəsindən qaçmaq imkanı olsa da, o, uşaqları tək qoymur, onlarla birlikdə ölümü qəbul edir. Bu gün Yanuş Korçakın zəngin irsi dünyanın demək olar ki, bütün ölkələrində tədqiq edilir, bir sıra ölkələrdə isə dahi pedaqoqun həyat və yaradıcılığı, elmi-pedaqoji konsepsiyası tədris olunur. Almaniya, Polşa, Amerika və digər ölkələrdə Yanuş Korçak akademiyaları, elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir. Kitabın redaktoru Samir Mehdizadə, rəyçi pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilov, ön sözün müəllifi pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalovdur.

OXŞAR XƏBƏRLƏR

İmtahanların vaxı dəyişdi - DİM məlumat yaydı

İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də, iyun, iyul, avqust ...

İlham Əliyev yük maşınının sükanı arxasında – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodu...

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb

2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib....

ABŞ və İran rəsmiləri bu tarixdə görüşəcək

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə dördüncü raund nüvə danışıqlarının 3 mayda Romada keçiriləcəyini bildirib.    Sfera.az “NT...

Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti başa çatır.   Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə...

Hindistan hökuməti Pakistanın müdafiə nazirinin hesabını blokladı

Hindistan hökuməti Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin X sosial media platformasındakı hesabını bloklayıb.   Sfera.az “Anadolu Ajans...