Peşə təmayüllü siniflər üçün tədris planı hazırlanacaq

Peşə təmayüllü siniflər üçün tədris planı hazırlanacaq
 Peşə təmayüllü siniflərdə ölkə və regional səviyyədə mövcud olan əmək bazarı ehtiyacları nəzərə alınmaqla, praktik bilik və bacarıqların formalaşdırılması üçün müxtəlif peşə sahələrinə aid modullar tədris ediləcək.

Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nda öz əksini tapıb.

Qeyd olunub ki, peşə təmayüllü siniflər üçün tədris planı və tədris resursları Təhsil Nazirliyi tərəfindən hazırlanır. Peşə sahələrinə aid modullar və ya ümumi peşə səriştələrinin tədrisinə ayrılan saatların miqdarı (o cümlədən, təcrübə məşğələləri nəzərə alınmaqla) Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nda nəzərdə tutulan tam orta təhsil səviyyəsi üzrə həftəlik dərs saatlarının maksimum miqdarının ən azı 1/3-ni təşkil etməlidir. Təmayül siniflərində istiqamətlər üzrə ixtisasları tədris edəcək təhsilverənlər üçün ixtisasartırma təlimləri təşkil olunur.

Praktiki ixtisaslar üzrə tədris edəcək təhsilverənlər peşə təhsili müəssisələrindən cəlb oluna bilərlər. Təlim proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsilalanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində, işəgötürən təşkilatlarda təcrübə səfərinə cəlb olunurlar.

Peşə təmayüllü siniflərə həmin ümumi təhsil müəssisəsinin və (və ya) inzibati ərazidəki (qəsəbə, rayon, şəhər) digər ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər qəbul edilirlər. Qəbul könüllülük prinsipi əsasında həyata keçirilir.

Müsabiqə təhsilalanların IX sinif buraxılış imtahanları üzrə nəticələrinə əsasən həyata keçirilir və həmin nəticələrə əsasən göstəriciləri daha yaxşı olanlar qəbul edilirlər.

Təhsilalanların peşə fənləri üzrə bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması qaydasına uyğun həyata keçirilir. (report)

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...