Azərbaycanda bu şəxslər də müəllim işləyə biləcək - ŞAD XƏBƏR!

Azərbaycanda bu şəxslər də müəllim işləyə biləcək - ŞAD XƏBƏR!
 

Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin də ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğuluna icazə veriləcək.


Sfera.az  xəbər verir ki, bu, ümumi təhsil pilləsi ilə bağlı təsdiqlənmiş yeni normativ hüquqi aktlarda yer alan pedaqoji fəaliyyətlə məşğul olma qaydasında öz əksini tapıb. 

Qaydalara əsasən, bu imkan kadr tələbatının təhlili əsasında müvafiq siyahıdan Təhsil Nazirliyi tərəfindən müəyyən edilən ixtisaslar üzrə mütəxəssislərə şamil ediləcək və həmin ixtisaslar hər il üçün elan ediləcək. 

Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin də işə qəbulunun Təhsil Nazirliyinin mərkəzləşmiş qaydada keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılması nəzərdə tutulur. Həmin mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar.

Qeyd edək ki, Nazirlər Kabineti "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib. Bu qayda "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.1-ci və "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanıb və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir. (report)


OXŞAR XƏBƏRLƏR

Tanınmış reperin həbsxanadan görüntüsü yayıldı - FOTO

“Havhavhav” mahnısı ilə məşhurlaşan reper Süleyman Burak bir müddət əvvəl narkotik istifadəsini təşviq etdiyinə görə həbs edilmişdi. Sfera.az T...

Ukrayna atəşkəs istəyir, Rusiya isə yayınır - İstanbul görüşü nəyi dəyişəcək?

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya 15 may tarixində İstanbulda birbaşa sülh danışıqlarına yenidən başlamağı təklif edib. Ukrayna Prezidenti Volodim...

Xalq artisti “Lamborghini”ni 300-lə sürdü - VİDEO

Xalq artisti Yusif Eyvazov Almaniyada saatda 300 km sürətlə “Lamborghini” idarə edib.   Sfera.az “Qafqazinfo”a istinadən xəbə...

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər - AÇIQLAMA

Bankların kredit faizlərinin yüksək olması vətəndaşların hər zaman şikayətlənməsinə səbəb olur. Onları narahat edən digər məqam isə bəzi bankların kredit ödəniş...

Bəzi yerlərə leysan yağdı

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli intensiv olub.   Bu barədə Sfera.az-a Milli Hidrometeoro...

“Dünyanı idarə edən qlobal güc yoxdur” - VİDEO

“Bu gün dünyada 150-dən çox münaqişə var. Bu onu göstərir ki, qlobal idarəçilik bərbad vəziyyətdədir, dünyanın heç kim idarə edə bilmir. BMT belə öz funku...