“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb
 

"Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı” verilişinin aprelin 17-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da - Fiziki tərbiyə; 10:10-da XI sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, Ədəbiyyat; 11:10-da X sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 12:00-da IV sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; 12:20-də III sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; 12:50-də II sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 13:25-də I sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi dərsləri olacaq. Rus dili bölməsi üçün 14:00-da IV sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:30-da VIII sinif – Kimya, Biologiya, Coğrafiya; 15:00-da IX sinif - Kimya, Biologiya, Coğrafiya; 15:35-də X sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq.


OXŞAR XƏBƏRLƏR