Hansı tələbələrin təhsil haqqı ödəniləcək? - ŞƏRTLƏR AÇIQLANDI

Hansı tələbələrin təhsil haqqı ödəniləcək? - ŞƏRTLƏR AÇIQLANDI
 
"Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərarı təxminən 22 min tələbəni əhatə edəcək”.

Sfera.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev "Real” TV-də çıxışı zamanı bildirib.

 
Onun sözlərinə görə, qərarda ali təhsil pilləsi ilə yanaşı, orta ixtisas və peşə təhsili alan tələbələrdən söhbət gedir:

"Azərbaycanda 252 min tələbə var. Onların 50 faizdən bir qədər çoxu ödənişli təhsil alır. Bu qərar ödənişli təhsil alan tələbələrə şamil ediləcək”.

İ.İsayev bildirib ki, koronavirus pandemiyası bütün sahələrə təsir etdiyi kimi, təhsil sahəsinə də təsirsiz ötüşməyib:

"Hazırda məsafədən təhsil prosesinə başlanılıb. Düşünürük ki, təlim-tədris prosesinin belə keçirilməsi ilə təhsilalanlarımıza proqramların mənimsənilməsi imkanları yaradılacaq. Eyni zamanda, burada maddi təsirlər də vardır. Əhalinin aztəminatlı həssas təbəqəsinə aid olan tələbələrimiz var. Onlar təhsil haqqını ödəməkdə çətinlik çəkəcəklər.

Çünki bu vəziyyət ailələrin gəlirlərinin azalması ilə nəticələnə bilər. Hökumətin müvafiq qərarına əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verildi.

Burada şərtlər var. Dövlətdən sosial yardım alan ailə üzvləri, hər iki valideyni işsiz kimi qeydiyyatda olan, I və II dərəcəli əlilliyi olan, yaşa görə əmək pensiyası alan və ya yaşa görə sosial müavinət alan şəxslərin övladlarına şamil olunacaq”.

Nazir müavini qeyd edib ki, tələbələr hər zaman dövlətin diqqət mərkəzində olub:

"Ötən dövrdə də bu diqqət mövcud olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları, fərmanları ilə bir çox kateqoriyadan olan, ödənişli təhsil alan tələbələrimizin ödənişləri dövlət büdcəsindən təmin edilir.

Bu kateqoriyadan olan tələbələrin sayı təxminən 17 min nəfərdən artıqdır. Böyük bir qismi məcburi köçkün ailələrindən, şəhid ailəsi, valideyn himayəsindən məhrum olmuş tələbələrdir. Eyni zamanda, ötən ilin martın 1-dən birinci və ikinci qrup əlilliyi olan və sağlamlıq imkanları məhdud olan tələbələr bu kateqoriyaya əlavə edilib. Ötən il bu təyinata 32 milyon manat, bu il 39,9 manat vəsait sərf ediləcək”.

OXŞAR XƏBƏRLƏR

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Bu...

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...