Tələbələrin təhsil haqları ilə bağlı nazirlikdən açıqlama

Tələbələrin təhsil haqları ilə bağlı nazirlikdən açıqlama

"Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı sərəncamdan irəli gələn məsələlər müzakirə olunur və qərar layihəsi üzərində iş gedir".

Sfera.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O qeyd edib ki, qərar qəbul və elan ediləndən sonra verilən bütün suallara dəqiq cavab vermək olacaq.

Nazir müşaviri xatırladıb ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixində təsdiq etdiyi "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”na əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub: "Bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib.

Təbii olaraq, bu tədbirin konkret olaraq hansı ailələrin üzvü olan tələbələrə aid olmasına və təhsil haqqının hansı şərtlərlə ödənilməsinə dair hazırda sosial mediada çoxsaylı suallar verilir, rəy və mülahizələr irəli sürülür. Bəzi hallarda verilən suallara şərhlərdə konkret cavablar da verilir (bu sizə aiddir-aid deyil, artıq ödənilmiş məbləğ nəzərə alınacaq/alınmayacaq, yalnız ali təhsilə aiddir və sair)".


OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...