Engineering For Kids Azerbaijan-dan valideynlərə dəstək olaraq ödənişsiz dərslər!

Engineering For Kids Azerbaijan-dan valideynlərə dəstək olaraq ödənişsiz dərslər!

Bildiyiniz kimi dünyanın qlobal problemi olan Koronavirus infeksiyası (COVİD-19) artıq Azərbaycanda da yayılmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi uşaqların təhlükəsizliyini təmin etmək üçün 3 mart tarixindən uşaqların məktəb, bağça və digər təhsil müəssisələrində iştirakını məhdudlaşdırmış, onların həyatı təhlükəsizliyini təmin etmək üçün maksimum səviyyədə qabaqlayıcı tədbirlər görmüşdür.


Bu dönəmdə Engineering For Kids Azerbaijan şirkəti təhsil sərhəd tanımır deyərək, valideynləri və uşaqları yalnız qoymadı. Onlara tam ödənişsiz olaraq onlayn dərslərini təqdim etdi. Sosial şəbəkələrdə onlayn dərslər minlərlə valideynin marağına səbəb olmuşdur. 4 dildə ( azərbaycanca, rusca, ingiliscə və ispanca) keçirilən dərslərə Bakıdan, regionlardan eyni zamanda xaricdən kütləvi şəkildə uşaqlar qoşulmuşdur. Dərs zamanıuşaqlar onlayn, interaktiv şəkildə suallarını verərək müəllimlə birgə virtual olaraq layihələrini hazırlayır, dərsdən sonra isə müəyyən ev tapşırıqlarını sərbəst şəkildə yerinə yetirə bilirlər.


Qeyd edək ki, sözügedən təhsil müəssisəsi Amerikanın məşhur Engineering For Kids şirkətinin rəsmi franşizası ilə artıq 6 ildir ki Azərbaycanda Engineering For Kids Azerbaijan olaraq fəaliyyət göstərir. Məşhur təhsil brendi 2015 -ci ildən etibarən Azərbaycanda ilk dəfə olaraq praktiki mühəndislik metodologiyalarına əsaslanan innovativ tədris metodları təqdim edir. Eyni zamanda hal-hazırda 4-14 yaşlı uşaqlara beynəlxalq kurrikuluma əsasən Robotexnologiya, Proqramlaşdırma, 20-dən artıq Mühəndislik sahələri, 3D Çap dərslərinin tədrisi ilə məşğuldur. Tədris proqramı əsasındauşaqlarda layihə əsaslı təhsilin mənimsənilməsi, praktik dərslər ilə tətbiqi qabiliyyətlərin, təqdimat, qrup işi və kommunikasiya bacarıqlarının inkişafı, özünə inamın artması, kritik düşünmə, kreativlik və problem həlli səriştələri formalaşır.

 

Beləliklə uşaqlar yeni tədris üsulu ilə erkən yaşdan gələcəyin tələblərinə cavab verməyi öyrənirlər.

 

Əminik ki, Engineering For Kids Azerbaijan belə bir kampaniya ilə uşaqlara böyük bir töhfə vermiş, valideynlərə bu çətin dönəmdə yardımçı olmuşdur.









OXŞAR XƏBƏRLƏR