Təhsil naziri bu şəxs olacaq? – Ən real namizədin adı bilindi

Təhsil naziri bu şəxs olacaq? – Ən real namizədin adı bilindi

Ceyhun Bayramovun xarici işlər naziri vəzifəsinə təyin edilməsindən sonra boş qalan təhsil naziri postunu kimin tutacağı maraqla gözlənilir.


Yeni təhsil nazirininin kimliyi ilə bağlı həm sosial mediada, həm də yerli KİV-lərdə müxtəlif mülahizələr səsləndirilib.

 

Sfera.az-a daxil olan məlumatda isə bildirilir ki, hazırda təhsil naziri vəzifəsinə bir neçə şəxsin namizədliyi müzakirə olunur. Bununla belə ən şanslı namizəd kimi Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun adı hallandırılır.

 

Əldə etdiyimiz məlumatda bildirilir ki, böyük ehtimalla təhsil naziri vəzifəsinə məhz Ədalət Muradov gətiriləcək.

 

 

Məlumat üçün bildirək ki, Muradov Ədalət Cəlal oğlu 29 yanvar 1962-ci ildə anadan olub. 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...