Təhsil İnstitutundan müəllimlərin narazılıqlarına CAVAB: \"Düşünürlər ki, suallar çətin olub”

Təhsil İnstitutundan müəllimlərin narazılıqlarına CAVAB: \
Təhsil İnstitutu müəllimlərin işə qəbulu imtahanlarında namizədlərin test tapşırıqlarının çətinliyi ilə bağlı səsləndirdiyi narazılıqlara aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, institutun mərkəz rəhbəri Nəzakət Mehdiyeva müəllim olmaq istəyən namizədlərin əsas narazılıqlarının ildən-ilə sualların çətinləşməsi bağlı olduğunu deyib.

"Bizi düşündürən əsas məsələ müəllim olaq istəyənlər üçün sualların çətinləşməsi yox, illər uzunu aparılan təhlillər nəticəsində gəlinən qənaətdir. Bu da ondan ibarətdir ki, məktəbə hansı müəllim, yəni hansı öyrənmə prosesini tətbiq edən təhsilverən lazımdır. Dünya standartlarına yaxınlaşırıq və bu prosesə də addım-addım getmək labüddür. Bir faktı xatırladım ki, 2018-ci ildə keçirilən buraxılış imtahanında abituriyentlər sualların çətinliyindən ciddi narahatlıq keçirmişdilər. Halbuki hamı Dövlət İmtahan Mərkəzinə qarşı çıxmışdı. Bir neçə aydan sonra hamı sakitləşdi. Təhsil Nazirliyi mütəxəssislərini cəlb edərək araşdırmalara başladı. Sonra izah verildi ki, suallar yeni tədris proqramları (kurikulum) əsasında hazırlanmışdı”, - o bildirib.

N.Mehdiyeva qeyd edib ki, aparılan təhlillər nəticəsində müəllimlərin son 10 ildə bilik vermək bacarığının müasir tələblərə bir o qədər cavab vermədiyi məlum olub: "Son 3 ildə müəllimlərin ixtisasartırma təlimlərində istifadə olunan tədris proqramlarında təkmilləşdirmələr aparıldı və dövrün tələblərinə uyğunlaşdırıldı. Demirəm ki, bütün müəllimlər yeni proqramı öyrənir. Amma böyük əksəriyyət bunun üçün çalışır. Arzu edərdim ki, namizədlərimiz yeni öyrənmə prosesinə qoşulsunlar”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...