Təhlükəsiz və qanuni miqrasiya üzrə görüş keçirildi

Təhlükəsiz və qanuni miqrasiya üzrə görüş keçirildi
Bu il noyabrın 12-13-də virtual şəkildə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Paktın icrası xüsusunda regional dəyərləndirmə görüşü keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, görüşün məqsədi Qlobal Paktın UNECE regionunda icrasına nəzarəti təmin etməkdən ibarət olub. İki günlük tədbir çərçivəsində Qlobal Paktın icrasında əldə edilmiş tərəqqi nəzərdən keçirilib, müsbət təcrübələr barədə məlumatlar bölüşülüb, icraat üçün maneələr vəonların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

​Tədbirdə həmçinin Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Fariz Rzayev çıxış edib. Çıxış zamanı Qlobal Paktın icrasında ölkəmiz tərəfindən əldə edilmiş tərəqqi barədə məlumat verilib. Miqrasiya və miqrantlar üçün ağır nəticələr doğurmuş COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş əhəmiyyətli beynəlxalq təşəbbüslər diqqətə çatdırılıb.

Miqrasiya sahəsində götürülmüş birgə öhdəliklərin icrası üçün bütün ölkələrin həmrəyliyinə ehtiyac olduğuna diqqət çəkilərək, Ermənistanın siyasi məqsədlər naminə qeyri-qanuni miqrasiyanı illər boyu təşviq etməsinin məyusedici olduğuqeyd edilib, bu ölkənin qanunsuz fəaliyyətləri barədə ətraflı məlumat verilib. ​Çıxışın sonunda Ermənistanın təxribatlarına cavab olaraq görülmüş tədbirlər nəticəsində onun atəşkəsi qəbul etməyə və qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmağa məcbur olduğu, bununla da məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtmaları üçün imkan yarandığı diqqətə çatdırılıb.

​BMT Baş Assambleyası tərəfindən 2018-ci ilin dekabr ayında dünyanın 152 ölkəsi, o cümlədən Azərbaycanın dəstəyi ilə təsdiq edilmiş Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt hüquqi öhdəlik doğurmayan, beynəlxalq miqrasiyanın bütün aspektlərini hərtərəfli və müfəssəl şəkildə əhatə edən və beynəlxalq miqrasiya problemlərini həll etmək üçün bütün müvafiq tərəflərin (dövlət və qeyri-dövlət aktorların) beynəlxalq tərəfdaşlığı üçün çərçivə təşkil edən mühüm beynəlxalq sənəddir.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...