TƏBİB-dən xəstəxanalardakı və reanimasiyadakı çarpayı yerləri ilə bağlı VACİB AÇIQLAMA

TƏBİB-dən xəstəxanalardakı və reanimasiyadakı çarpayı yerləri ilə bağlı VACİB AÇIQLAMA
"Bizim mübarizəmiz davam edir. Bu günədək dünyada koronavirusa yoluxanların sayı 94 milyon nəfəri ötüb, 2 milyondan çox insan ölüb”.

Sfera.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, sərtləşdirilmiş karantin rejimindən əvvəl, 14-20 dekabr tarixlərində 26 min 214 nəfər, 4 -10 yanvar tarixlərində 4 min 386 nəfər koronavirusa yoluxub:
 
"Artıq sağalanların da sayı yoluxanların sayından 3-4 dəfə çoxdur. Nəticədə xəstəxanalarda və reanimasiyada çarpayıların yeri xeyli boşalıb. 14 dekabr tarixində yoluxma əmsalı 31 faizə çatmışdı və bu, çox böyük rəqəm idi. Bu gün isə yoluxma əmsalı 5 faizə qədər enib. Bu, sərtləşdirilmiş karantin rejimi və vətəndaşların qaydalara daha çox riayət etməsi ilə bağlıdır. Vətəndaşlar maskadan daha çox istifadə edirlər”.

Qeyd edək ki, yoluxma əmsalı aparılan testlər zamanı aşkarlanan yoluxma hallarının testlərin sayına nisbətidir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...