Tarixin ən zəngin boksçularının adları AÇIQLANDI
13:02 / 05.01.2022
903
"Manchester Evening News” nəşri tarixin ən zəngin boksçularının adlarını açıqlayıb.
Sfera.az saytı xəbər verir ki, nəşrin hesablamalarına görə ən varlı boksçu Amerikalı Floyd Meyuezerdir. Onun sərvəti 479 milyon avro (541,2 milyon dollar) dəyərində qiymətləndirilib.
İkinci yeri ağır çəki üzrə keçmiş dünya çempionu Corc Forman tutur. Amerikalının sərvətinin təxminən 266 milyon avro (300 milyon dollar) olduğu müəyyənləşib.
Tarixin ən zəngin üçüncü boksçusu isə 8 çəki dərəcəsində keçmiş dünya çempionu Menni Pakyaodur. Filippin təmsilçisi 195 milyon avro (220 milyon dollar) qazanıb.
Vasif
Sfera.az