İqtİsadİyyat

TAP kəməri boyunca 97% torpaq örtüyü bərpa olunub

TAP kəməri boyunca 97% torpaq örtüyü bərpa olunub
 

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası çərçivəsində kəmərin keçdiyi 97% ərazidə torpaq örtüyü bərpa olunub.

Sfera.az.-ın TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, boru kəməri boyunca (Yunanıstan, Albaniya və İtaliyada) torpaq sahələri kənd təsərrüfatı sahəsini bərpa etmək üçün sahiblərinə və istifadəçilərinə qaytarıldı.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb.

 

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031