Tanınmış aparıcının həyat yoldaşına silahlı hücum: 7 dəfə atəş açıb öldürdülər - FOTOLAR

Tanınmış aparıcının həyat yoldaşına silahlı hücum: 7 dəfə atəş açıb öldürdülər - FOTOLAR
"Beşiktaş"ın keçmiş meneceri, aparıcı Ece Erkenin həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu faciəli şəkildə dünyasını dəyişib.
 
Sfera.az bildirir ki, Mahmutyazıcıoğlu gecə saatlarında Bakırköydə yerləşən restoranların birində kimliyi bəlli olmayan şəxslərin silahlı hücumuna məruz qalıb. Hadisə baş verəndən dərhal sonra xəstəxanaya yerləşdirilən keçmiş meneceri müdaxilələrə rəğmən, xilas etmək mümkün olmayıb.  

Onun sürücüsü də olay zamanı yaralanıb, vəziyyətinin hazırda normal olduğu bildirilib.

Restoran və ətrafdakı təhlükəsizlik kameralarına baxılaraq  hadisə ilə bağlı genişmiqyaslı araşdırmanın  davam etdiyi qeyd olunub.  Faktla bağlı istintaq işi başladılıb.

Aparıcı Ece Erkenin yaxın dostu Bircan Bali isə "Söylemezsem olmaz” verilişində Şafakın 7 güllə yarası aldığını açıqlayıb: 

"Əvvəlcə sürücüyə, daha sonra Şafaka atəş açıblar. Ecedən saatlardır xəbər ala bilmirik. Gecə xəstəxanaya gedib. Xəstənin öldüyünü öyrənəndən sonra onu yola salıblar, o vaxtdan Ece ilə əlaqə saxlaya bilmirik”.

Qeyd edək ki, Mahmutyazıcıoğlu daha əvvəl Beşiktaş İdman Klubunda menecer vəzifəsində çalışıb. Şafak Mahmutyazıcıoğlunun ölüm xəbərindən sonra, klubun rəsmi "Twitter” hesabında başsağlığı mesajı dərc edilib.

Günay Rəsulqızı
Sfera.az

 

 

OXŞAR XƏBƏRLƏR