“Taliban”dan qadınlarla bağlı yeni QƏRARLAR

“Taliban”dan qadınlarla bağlı yeni QƏRARLAR
"Taliban” qadınlar üçün nikah və miras məsələləri ilə bağlı yeni qərarlar elan edib.

Sfera.az-ın məlumatına görə, bu barədə "Taliban”ın lideri Molla Hibetullah Axundzadə sərəncam verib.

Sərəncamda yetkinlik yaşına çatmış qızların ərə getməyə razılığının alınması lazım olduğu və heç kimin qadınları zorla ərə verə bilməyəcəyi bildirilib.

Molla Hibetullah Axundzadə bildirib ki, qadınlar öz həyat yoldaşlarını seçə və miras hüququndan istifadə edə bilərlər.

"Qadın mülk deyil. O, azad insandır. Heç kim onları sülh naminə başqasına verə bilməz", - qərarda bildirilib.

Qeyd edək ki, Əfqanıstanda bəzi qəbilələr aralarındakı qan davasına və ya düşmənçiliyə son qoymaq üçün ailədəki qadınlar vasitəsilə düşmən ailə ilə evlilik bağı qurulur.

Bundan başqa, ərin ölümündən sonra ərin qardaşı və ya digər qohumunun dul qadını zorla nikaha daxil edə bilməyəcəyi bildirilib. Qadının ərə getmək və öz gələcəyini təyin etmək üçün hüququ olduğu vurğulanıb.

Həmçinin, nikah təzminatı almaq üçün dul qadının razılığına buraxıldığı bildirilib.

Qadının vəfat etmiş ərindən, övladlarından, atasından və ya digər qohumlarından vərəsəlik hüququna malik olması və ya şərikli əmlaka sahib olması vurğulanıb.

Çoxarvadlı kişilərdən arvadlarının hüquqlarını tanımaları və arvadları arasında ayrı-seçkilik etməmələri istənilib.

Qeyd edək ki, sərəncamda təhsil və işləmək hüququndan bəhs edilmir.

"Taliban”dan sonrakı Əfqanıstanda qadınların işləməsi, qızların isə məktəbə getməsi məhdudlaşdırılıb.

Beynəlxalq ictimaiyyət "Taliban”la diplomatik münasibətlərdə daha çox qadınların işləmək və təhsil hüququna qoyulan məhdudiyyətləri gündəmə gətirsə də, "Taliban” lideri Axundzadə öz sərəncamında bu məsələyə toxunmayıb.
 
(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...