Zaqatala
Azər Mursaqulov idarə rəisini işdən çıxardı
Daha bir rayonun statistika idarəsinin rəisi işdən çıxarılıb. Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Zaqatala Rayon Statistika İdarəsinin rəisi Fəxrəddin Qurbanov vəzifəsindən azad olunub. O, 2008-ci ildən həmin vəzifədə işləyirdi. Hələlik Zaqatala Rayon Statistika İdarəsinə yeni rəis təyin olunmayıb. Qeyd edək ki, bununla da DSK-nin rəis vəzifəsi boş olan rayon və şəhər idarələrinin sayı 12-yə çatıb.
Cəmiyyət29.09.2026 19:14
Bu ərazilərdə qaz olmayacaq
Sabah Zaqatalanın bəzi küçələrinin qaz təchizatı dayandırılacaq. Bu barədə Sfera.az -a Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu A.Ələsgərov, S.Vurğun, B.Vahabzadə, H.Cavid, N.Pa şa, Axundov, Maqamayev və İstiqlaliyyət küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Cəmiyyət02.07.2026 18:18



