“Yuventus”
Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Yuventus" klubu "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun transferində maraqlıdır. Sfera.az xəbər verir ki, Turin təmsilçisi 2027-ci ildə müqaviləsinin müddəti başa çatacaq türkiyəli futbolçunun keçid şərtlərini öyrənmək üçün ilk təmaslara başlayıb. Məlumata görə, təcrübəli yarımmüdafiəçi gələcəyi ilə bağlı ilk növbədə "İnter" rəhbərliyi ilə görüşəcək. Tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmazsa, "Yuventus" variantı Hakan Çalhanoğlu üçün ciddi alternativə çevriləcək./
İdman21.09.2026 22:48
Türkiyəli ulduz futbolçudan pis xəbər
“Yuventus” və Türkiyə milli komandasının gənc ulduzu Kenan Yıldız ciddi zədə problemi ilə üzləşib. Sfera.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyasının ilk turunda “Frozinone” ilə matçda (1:0) sol ayağından zədələnərək 69-cu dəqiqədə əvəzlənən 21 yaşlı hücumçu tibbi müayinədən keçib. Müayinələrin ilkin nəticələri Turin klubunun texniki heyətində narahatlıq yaradıb. Məlumata əsasən, futbolçunun sol ayağında yaranan problem səbəbindən əməliyyat olunma ehtimalı oldukça yüksəkdir.
İdman24.08.2026 19:06


