yol hərəkəti qaydaları
Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi
Belçikada yeni yol hərəkəti qaydaları qüvvəyə minib. Yeniliklər arasında ən çox diqqət çəkən dəyişiklik "Yaşıl kvadrat" adlı yeni işıqfor sistemi olub. Sfera.az xəbər verir ki, yeni sistem tətbiq olunan yol qovşaqlarında piyadalar və velosipedçilər bütün istiqamətlər üzrə eyni anda yaşıl işıq siqnalı alacaqlar. Bu zaman bütün motorlu nəqliyyat vasitələri qırmızı işıqda dayanacaq. Piyadalar və velosipedçilər isə həm düz, həm də diaqonal istiqamətdə yolu təhlükəsiz şəkildə keçə biləcəklər.
Dünya04.07.2026 18:30

