Yıldız
Yıldız Tilbenin konsertində dava düşdü
İzmirdə keçirilən beynəlxalq sərgi çərçivəsində səhnəyə çıxan Yıldız Tilbenin konsertində dava düşüb. Sfera.az xəbər verir ki, sentyabrın 7-də Kültürparkda təşkil olunan konsert zamanı minlərlə insanın olduğu ərazidə naməlum səbəbdən mübahisə yaranıb. Qısa müddətdə böyüyən mübahisə əlbəyaxa davaya çevrilib. Hadisəyə polis müdaxilə edib. Asayişi pozan şəxslər konsert ərazisindən uzaqlaşdırılıb və vəziyyət nəzarətə götürülüb. Qısa müddətli gərginlikdən sonra konsert fasiləsiz şəkildə davam edib.
Media08.09.2026 16:25

